İSLAM 

Kəbin kəsilərkən, qız heyzlidirsə, kəbin düzgün sayılırmı? Kəbin mərasimində qızın da iştirakı lazımdırmı?

Şəriətimizə görə, qadına talaq verilərkən heyzli olmaması şərtdir, yəni talaq oxunan zaman qadın heyzdən pak olmalıdır. Amma kəbin kəsdirən zaman qadının heyzli olub-olmadığı fərq etməz. Kəbini kəsilən qadın heyzli olsa belə, kəbin düzgündür. Lakin qeyd edək ki, heyzli halda qadınla cinsi yaxınlıq etmək günahdır. Toy günü kəbin kəsdirən şəxslər bu məsələyə diqqət etməlidirlər. Kəbini kəsilən qızın kəbin mərasimində iştirak etməsi tələb edilmir, onun tərəfindən vəkili, yəni qızın razılığını çatdıran nümayəndəsi kəbində iştirak etsə kifayətdir. Adətən, vəkil qismində qızın yaxın qohumlarından biri (məsələn, dayısı və ya əmisi) kəbin mərasimində iştirak edir, ya da qız oğlan evindən kəbinə gedən şəxsə icazə verir ki, onun vəkili kimi razılığını bildirsin. Əgər qız heyzlidirsə və kəbin məscidin içində oxunursa, qızın orada olması icazəli deyil. Amma kəbin məscidin ibadət zalında deyil, köməkşi binada (məsələn, axund otağında) oxunursa, heyzli şəxsin də orada olması icazəlidir.

Mənbə: islam.az

Daha çox xəbərlər