Dünya 

Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var – FOTO

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə Kastamonu rayonunda baş verib.

Qəzaya yağıntılı hava ilə əlaqədar yolun sürüşkənliyi səbəb olub.

İlkin məlumata görə, Konya istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxıb və tarlaya yuvarlanıb.

Hadisə zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxs avtobusun sürücüsü olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Mənbə: Haber Global

Daha çox xəbərlər