Şamaxıda qanlı hesablaşma — Bir nəfər güllələndi, digəri bıçaqlandı
ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 15-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il iyunun 7-də şəhərin Axundov küçəsində qeydə alınıb.
Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimov isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi alıb. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Qədimova ilkin tibbi yardım göstərilib, əməliyyat olunan xəstənin həyatını xilas etmək mümkün olub. C.Qədimov isə evə buraxılıb.
Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakinləri Nadir Surxayev və Samir Cəbrayılov saxlanılıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, mübahisə kriminal avtoritetlər arasında düşüb. Belə ki, tərəflər arasında mübahisə uzun illərdi davam edir.
Ölkə.Az

