Hadisə 

Aeroport yolunda ağır qəza: “Jiquli” aşdı – VİDEO

Bakıda avtomobil qəzası baş verib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə Aeroport yolunda qeydə alınıb.

Şəhərdən Mərdəkan istiqamətində hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində, iki maşından biri olan “VAZ 2107” aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerində DYP əməkdaşları işləyir.

Daha çox xəbərlər