Region Xəbərləri 

Yardımlıda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,7 milyon manatlıq ərzaq məhsulları satılıb

Cari ilin yanvar-iyun aylarında Yardımlı rayonu üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42 milyon 450 min manatlıq, o cümlədən 24 milyon 777,7 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyon 672,3 min manatlıq qeyri-ərzaq malları satılıb.

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin əvvəlindən pərakəndə ticarət dövriyyəsi real ifadədə 13,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə isə 32,6 faiz artıb. İstehlak məhsullarının dəyər ifadəsində 23 faizi özəl sektora aid ticarət müəssisələri, 77 faizi isə fərdi sahibkarlar tərəfindən realizə olunub. Satılmış malların 58,4 faizi ərzaq, 41,6 faizi isə qeyri-ərzaq mallarıdır.

Daha çox xəbərlər