Bakıda 52 yaşlı qadından DƏHŞƏTLİ ƏMƏL

Bakıda daha bir intihar hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, Xəzər rayonu Hövsan qəsəbəsində həyət evində yaşayan 1967-ci il təvəllüdlü Zümrüd Əliyeva özünü asaraq həyatına son qoyub.

Onun intihar səbəbi dəqiq bilinməsə də, 52 yaşlı qadının xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.publika.az