Hindistanda torpaq sürüşməsi: 26 nəfər öldü
Hindistanın Keral əyalətində bir sutka ərzində baş verən torpaq sürüşməsi nəticəsində 26 nəfər ölüb.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin yerli idarəsi yayıb.
Avqutsun 8-dən yağan intensiv leysan yağışları torpaq sürüşməsinə səbəb olub. Əyalətdə qeyri-sabir hava şəraiti davam edir. Bölgənin çökək yerlərində yerləşən bəzi yaşayış məntəqləri tamamilə torpaq altında qalıb.
Minnar qəsəbəsində 30-a yaxın turistin təbii fəlakət bölgəsində qaldığına dair məlumat yayılıb.

