Döyüşməyə gedən könüllü yolda öldü – FOTO

Azərbaycanla sərhədə “könüllü” olaraq döyüşməyə gedən erməni yolda qəzaya düşərək ölüb.

ARANTV.AZ xəbər verir ki, bu barədə erməni deputat Vaaqn Aleksanyan məlumat yayıb.

O bildirib ki, Mihran Asatryan adlı şəxs pərən-pərən düşmüş erməni “ordusuna” “güc qatmaq” üçün evdən çıxıb.

Amma döyüş mövqelərinə çatmadan avtomobil qəzasına düşüb və ölüb.

Qeyd edək ki, Mihran Asatryan 44 günlük müharibənin də iştirakçısı olub.