25 yaşlı kişi kirayə yaşadığı evdə ÖZÜNÜ ASDI

Beyləqanda intihar baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Beyləqan şəhərində qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini 25 yaşlı Şamil Quliyev kirayə yaşadığı evdə özünü asıb.

İntiharın səbəbi məlum deyil. Fakta bağlı araşdırma aparılır.