Cari ilin yanvar-avqust aylarında 539,3 min ton buğda idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 193,5 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 122,2 milyon dollar olmaqla 480,9 min ton buğda idxal edilib.
