Bərdə şəhidi Məmmədli Namiq Ağəmməd oğlunun şəhadətə qovuşduğu gündən 7 gün ötür
Bu gün Bərdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid Məmmədli Namiq Ağəmməd oğlunun yas mərasimində iştirak etmişlər. Namiq Məmmədli 12 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman qəhrəmancasına şəhid olmuşdur.
Allahdan şəhidimizə rəhmət, ailə üzvlərinə səbir diləyirik!



