Hadisə 

Bakıda avtomobil yanaraq külə döndü – VİDEO

Gecə saatlarında Bakıda avtomobil yanıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Həzi Aslanov metrosu yaxınlığında, Məhəmməd Hadi 66 ünvanında qeydə alınıb.

Məlumata görə, gecə saat 2-3 radələrində binanın qarşısında saxlanılan avtomobil yanaraq yararsız hala düşüb. Hadisə nəticəsində yaxınlıqda saxlanılan “Volkswagen” markalı 99-MK-786 dövlət nömrə nişanlı avtomobilə də ciddi ziyan dəyib.

Avtomobilin hansı səbəbdən yandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər