Cəmiyyət 

“Formula-1”də pilotları rəqqaslar müşayiət edəcək

Bakıda keçiriləcək “Formula-1” yarışından öncə sürücülərin paradı keçiriləcək.

ARANTV.AZ-ın xəbərinə görə, iştirakçı olan pilotlar yarış günü – aprelin 28-də xüsusi xalça üzərində yürüş edəcək.

Xalça üzərində 1001 rəqəmi yazılacaq. Bu isə Azərbaycan Qran-Prisinin 1001-ci yarış olması ilə əlaqədardır.

Onları 25 rəqqas müşayiət edəcək.

Bundan başqa, Azərbaycan Respublikasının himni yenə qeyri-adi şəkildə səsləndiriləcək. Belə ki, himn Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən oxunacaq.

Himn tar, nağara, violançel və timpani alətləri vasitəsilə çalınacaq.oxu.az

Daha çox xəbərlər