Kriminal 

Qısqandı, arvadını öldürmək istədi — Bakıda qanlı cinayət

Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərov Apellyasiya məhkəməsinə şikayət edib.
ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə aprel ayının 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rəhman Yaqub oğlu Cəfərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qanlı hadisə ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətlər yetirib.

Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub. A.Hətəmovanın həyatını xilas etmək mümkün olub.

Daha çox xəbərlər