Cəmiyyət 

Cəbrayılda və Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması qürurvericidir

Cəbrayıl rayonu kiçik Qafqaz dağlarının cənub – şərqində Araz çayının sol sahilində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Araz boyu çox məhsuldar torpağı olan – Mərcanlı, Soltanlı kəndləri yerləşir.Rayonun mərkəzi isə Cəbrayıl şəhəridir.

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri ilə çox zəngin rayonudur. Rayonda Dağ tumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində Şıxbaba türbəsi, Xubyarlı kəndində XVI əsrə aid səkkizgüşəli türbə və s vardır. Azərbaycanı və İranı birləşdirən Araz çayının üzərində salınan məşhur Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu öz əksini tapır. Tarixən Azərbaycanın şimal və cənubunu birləşdirən Xudafərin körpüsü haqqında ilk məlumat VIII –IX əsrlərə aiddir.

İşğaldan əvvəl rayon əhalisi heyvandarlıq, üzümçülük, baramaçılıqla məşğul olub. Son illər xüsusilə üzüm istehsalı ilə məşhur idi. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça sexləri və s mövcud olub.

I Qarabağ müharibəsi zamanı Cəbrayıl əhalisi uzun müddət erməni işğalçılarına qarşı rəşadətlə vuruşmuşdur. 1993 – cü ildən Ağdam rayonu işğal olduqdan sonra Cəbrayıl rayonunu ələ keçirmək erməni terrorçuları üçün asan oldu.

1993 – cü il 18 avqust düşmən erməni ordusu Cəbrayıl şəhərini mühasirəyə almış, 23 avqust tarixində Ermənistan tərəfindən işğal olmuşdur. I Qarabağ müharibəsində Cəbrayıl rayonu 400 nəfərə yaxın şəhid vermişdir.

II Qarabağ müharibəsində Azərbaycan Respublikasının Milli ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 27.09.20 – ci ildə ilk kəndi, 04.10.22 – ci il tarixdə Cəbrayıl şəhəri işğaldan azad olundu. II Qarabağ müharibəsində Azərbaycanın böyük qələbəsindən sonra 2020 – ci il tarixində noyabrın 16 – da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəlmiş, Cənab Prezidentimiz Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmışdı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin başçılığı altında işğaldan azad olunmuş digər torpaqlarımız kimi Cəbrayıl rayonunun da günü – gündən inkişaf etməsinə bütün millət olaraq inanırıq.

Aynurə Hacıyeva,
Bakı şəhəri, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həkim-oftalmoloqu

Daha çox xəbərlər