“Azəristiliktəchizat”ın rəsmisi: “Borcumuzun 90 faizi ödənilib”

“Biz 100 faiz kommersiya məqsədli müəssisə deyilik. Bu baxımdan dövlətimizin bizə dəstəyi vacibdir”.

ARANTV.AZ  xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin müşaviri Ramil Məhərrəmov deyib.

O bildirib ki, bu il qurumun “Azəriqaz”la borc problemi olmayacaq:

“Bu il üçün bütün borcumuzun 90 faizi ödənilib. Yaxın dövrdə də digər hissə ödəniləcək, ona görə də təchizatda heç bir problem yaşanmayacaq.

Dövlətimiz bizə ehtiyac duyduğumuz təqdirdə bütün dəstəyi göstərir”.