17 oktyabr Beynəlxalq Aclığın Aradan Qaldırılması – Ümumdünya Yoxsulluqla mübarizə günüdür.
1987-ci ilin 17 oktyabrında yüz minə yaxın insan Parisin Trokadero meydanına toplaşaraq dünyadakı yoxsullara, aclıqdan əziyyət çəkən insanlara diqqət çəkməyə çalışdı.
1992-ci il 22 dekabr tarixində isə Birləşmiş Millətlər Təşkilatının 17 oktyabr tarixini Yoxsulluqla Mübarizə günü kimi elan etdi və bütün bəşəriyyəti bu problemlə mübarizəyə səsləmiş oldu.
Ümumdünya yoxsulluqla mübarizə günü yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədi daşıyır.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hazırda dünya əhalisinin yarısı yoxsulluqdan əziyyət çəkir. Onların 70 faizini qadın və uşaqlar təşkil edir.
#Statistik məlumatlara əsasən, 1,1 milyard adam gündə 1 dollardan az vəsaitlə dolanmaq məcburiyyətindədir; 1,2 milyard insan isə içməyə su tapmır.
Dünyada bu qədər aclıq, yoxsulluq olmasının əsas səbəblərindən biri israfın qlobal səviyyədə artmasıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və #BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyada istehlak üçün istehsal edilən hər 3 qidadan biri yeyilmədən zibilliyə atılır. #Dünya səviyyəsində israf edilən qida miqdarı isə ildə 1.3 milyard tondur. Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrin zibilliklərinə atılan qidalar dünyada acından ölən insanların 15 mislini doyuracaq səviyyədədir. Yəni, dünyada aclıq və ya qıtlıq problemi yox, sevgisizlik və laqeydlik problemi var. Yəni uşaqlar əslində acından ölmür, dəhşətli sistemin qorxunc nəticəsi olaraq həyatını itirir. Yaxşı planlama ilə israfın qarşısı alına bilər. Dünyadakı zənginliklər balanslı şəkildə bölüşdürülərək aclıq probleminin həll etmək mümkün olduğu halda, bu gün aclıq “dünyanın ən böyük 10 sağlamlıq riski”siyahısında hələ də birinci yerdədir. Bu mövzuda Fransa höküməti başqa dövlətlərə də nümumə olacaq bir addım atıb. Parlamentdə qəbul edilən qanuna görə, topdan satışla məşğul olanlar əllərində qalan ərzaq məhsullarını artıq zibilliyə atmayacaq. Satılmamış qidanın istehlak edilə bilməyəcək səviyyəyə gətirilməsi də qadağan edilir. Satılmayıb əldə qalan qida bağışlanmalı, heyvan yemi olaraq və ya gübrə kimi əkinçilikdə istifadə edilməlidir. Fransanın atdığı bu addım, başda inkişaf etmiş ölkələr olmaqla, hər ölkənin həyata keçirməli olduğu vacib siyasətdir.
Xatırladaq ki, hələ 2000-ci ildə #Azərbaycan da daxil olmaqla 149 ölkə “Minilliyin inkişaf məqsədələri” adlı beynəlxalq sənədə imza atıb. Bu sənədin əsas məqsədi dünyada yoxsulluqdan əziyyət çəkənlərin sayının azaldılmasına nail olmaqdır.

