Ulu Öndər Heydər Əliyev şeiri ( 100 illiyinə həsr olunur )
Bu xalqın ümidi, güvəni oldun,
Sevinci kədəri təkcə sən oldun,
Sən bu millətə dayaq dururdun,
Uludan da ulu Heydər Əliyev!
Xalqını ağ günə çıxartsan da sən,
Bizi qara gündən çıxartsan da sən,
Vətəni gül edən sən olsan da sən,
Yerin qara torpaq, bunu bilirəm!
Millətin adını tutdun yüksəkdə,
İmzanı əbədi atdın tarixə,
Hər zaman çətində olsan belə sən,
Bundan qurtulmağı da bildin həmişə!
Tarixi kökündən dəyişmisən sən,
Dilində bir şüar vardı sadəcə.
Hər yerdə qürurla səsləndirmisən,
Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Səma Şükürova