Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Məramı qərəz olanların missiyası sülhə xidmət deyil

By Vüsal Rafiqoğlu
07.12.2022 3 Min Read

Görünənləri «görməyən» «qırmızı ulduzlulara» «əlvida!» deyək?!

Son günlərdə Ermənistanın Azərbaycan sərhədlərində  təxribatlarının artması,  Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda  müvəqqəti yerləşdirilmiş hərbi kontingenti hərbçilərinin öz misssiyalarından kənar işlərlə məşğul olmaları vəziyyəti daha da gərginləşdirir. Guya bölgədə təhlükəsizliyə nəzarət etməli olan qərəzli  məramlıların «karlığı», «korluğu»  bölgədə gərginliyi daha da artırıb. Artıq dəfn edilmiş Minsk qrupunun həmsədri kimi həmişə Ermənistanı diplomatik qaydada dəstəkləyən, hazırda separatçılara havadarlığını  hərbi qaydada davam etdirən  Rusiyanın «sülhməramlı»ları  Ermənistandan, İrandan, Fransadan separatçılara göndərilən silah-sursatların Xankəndiyə sərbəst çatdırılması üçün «açıq qapı» siyasəti yeridirlər. Həmin silahlar isə  meşələrdə çaqqal kimi gizlənən erməni quldurlarına  çatdırılır.

Bu günlərdə Azərbaycanın təbii sərvətlərinin  xarici şirkətlər tərəfindən  qanunsuz yolla daşınması, talanması ilə bağlı  Laçın yolunda yaranan gərginlik  Rusiya « sülhməramlı» kontingentinin hansı işlərlə məşğul olduğunu göstərdi.  Sarıbaba yüksəkliyində  külli miqdarda yerləşdirilən minaları «görməyən», sülhdən başqa hər cür qaranlıq  işlərlə məşğul olan sülhdən xəbərsizlərin  artıq haqq-hesab verməklərinin  zamanı yetişib.  Məsələ ilə bağlı Azərbaycanın rəsmi orqanlarını təmsil edən nümayəndələrlə   Rusiya sülhməramlı kontingentinin başçısı, general-mayor  Andrey Volkovla  görüşlərində qaranlıq mətləblərə aydınlıq gətirildi.  Azərbaycanı təmsil edən nümayəndə heyətinin haqlı tələblərinin qarşısında  qeyri-qanuni əməllərinə haqq qazandırmaq üçün  söz tapa bilməyən  kontingentin başçısı müxtəlif bəhanələrlə suallardan yayınmağa çalışsa da  rusiyalı generalın vəziyyətdən çıxmaq şansı qalmadı. Azərbaycanın təbii sərvətlərini illərdən bəri daşıyan xarici dövlətlərə məxsus firmaların bu gün də  ekologiyamıza vurduğu  zərərlərdən «xəbərsiz olan», gecə-gündüz qiymətli resurslarımızı daşıyan çoxtonnajlı, iri tutumlu yük maşınlarının səslərini «eşitməyən»  Volkov hələ də bu talançılığın müstəqil Azərbaycanın daxili işlərinə müdaxilə olduğunu dərk etmir. Laçın yolunda rus əsgərlərinin nəzarətində olan keçid məntəqəsində ermənilərə « yaşıl işıq» yandıran, separatçılar üçün daşınan silahların  yoxlanılmadan Xankəndiyə daxil olmasına icazə verən «qırmızı ulduzlu papaqlılar» azərbaycanlılara məxsus  maşınları dəlik –deşik edir, hər şeyə  lupa ilə baxırlar.

Rusiyalı hərbçilərin dırnaqarası nəzarət etdiyi ərazilərdən 14 iranlının qeyri-qanuni yolla Xankəndiyə  keçməsi isə «sülhməramlı»ların əsl missiyalarının bir daha nəzərdən keçirilməsi zərurətini yaradır.

«Persiyan»ların daşnak «yanlarla»  yaxınlığını yaxşı bilən «rusiyanlar» bu gəlişi təbii qarşıladılar. 14 iranlı terrorçunu «inşaatçı» adı ilə  təqdim etməsinə baxmayaraq Volkovun « məsələni aydınlaşdıracağıq» deməsi  çox qaranlıq mətləblərə  aydınlıq gətirdi.  Sərhədlərimizi qanunsuz keçən iranlılarla bağlı  ölkəmizin sorğusunu cavablandırmayan  rəsmi Tehranın ölkəmizdəki  səfiri üçün bu cür sərhəd pozuntuları adi hal olsa da  milli müstəqilliyimizi qanı , canı ilə qoruyan sərhədçilərimizin, hüquq-mühafizə orqanları əməkdaşlarının  təxribatçılara qarşı mübarizəsi ciddidir.   Saqqallı iranlılarla bağlı sualların araşdırılacağını bildirən   Volkovun  «biz bu məsələ ilə bağlı təhqiqat aparırıq, araşdırırıq ki, bu vətəndaşlar hansı yolla sərhədləri keçiblər”» deməsi gülüncdür.  Belə yerdə deyirlər ki, tovariş Volkov,  sən kənarda dayan, biz iranlıların hansı yolla  sərhədlərimizi pozduğunu sənə də izah edək. Guya iranlıların Xankəndiyə gəlişindən xəbərsiz olduğunu  bildirən rus generalının 14 nəfər iranlını «inşaatçı» kimi təqdim etməsi,  onların «iki gündən sonra buradan çıxarılıblar» əlavəsi izaha ehtiyacı olmayan aksiomadır. Görəsən iranlıların Xankəndiyə gəlişindən «xəbərsiz» Volkov onların inşaatçı oluğunu haradan bilir? Açıq qalan ikinci sual da  Xankəndidə necə möhtəşəm tikinti aparılır ki, qırılmış ermənilərin əlavə işçi qüvvəsinə  ehtiyacı yaransın. Bütün dünya erməniləri dağıdıcı vandallar kimi tanıyır. Ermənilərin inşaatçılara deyil,  xarabaya çevirdikləri ərazilərdə ulamağa özləri kimi bayquşlar lazımdır.  «Dimdiyindən tələyə düşən quş» misalı  vəziyyəti yaradan  Vokov çox gözəl bilir ki, Azərbaycanın sərhədləri toxunulmaz,  ölkəmizə qeyri-qanuni daxil olmalar qəti qadağandır. Absurd situasiya yaranır və artıq dediyimiz kimi, general Volkovun cavabları yeni suallar ortaya çıxarır.  Xankəndidə yaşayan ermənilərin işsiz qalıb süləndikləri indiki  vaxtda  İrandan  «inşaatçıların» gəlməsi nə dərəcədə inandırıcıdır. Nəhayət, dekabrın 13- dək  Xankəndidə qalmaqları planlaşdırılan bu adamlar «adi mülki şəxslər”dirsə» niyə bəs Azərbaycanın tələbindən sonra  dərhal  ərazidən  çıxarılıb? Bizdə olan məlumata görə, noyabrın 24-də Xankəndinə buraxılan 14 nəfər İran vətəndaşı dekabrın 13-nə qədər orada qalmalı idilər.

Göründüyü kimi, cavablarını gözləyən suallar çoxdur. Məntiqin açıqlaması isə  budur: Rusiyalı «sülhməramlı»lar ya öz missiyalarını anlamırlar, ya da erməni konyakından o qədər içiblər ki, hələ də  vəzifə səlahiyyətlərinin nədən ibarət olduğunu unudublar. İşlər bu cür davam edərsə  İvan Krılovun təmsilinin personajları olan «Dəcəl meymun, çolaq ayı, çəp keçi» ilə müqayisə olunan   Rusiyanın, İranın, Fransanın əmrlərini gözləyən Ermənistana havadarlıq edən «sülhməramlılar» da  erməni quldurları ilə birgə  Azərbaycanın həyata keçirəcəyi  antiterror əməliyyatları ilə  üzləşməli olacaqlar. Yaxud «Ay ağalar,  yol göründü gözümə» deyərək ölkəmizi tərk etməlidirlər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan-Türkiyə: Tək ordu, tək güc, tək yumruq…

Next

Dostlara güc, düşmənlərə qorxu!

Xəbər lenti

  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv