Böyük Qayıdış 2030-cu ilǝdǝk beş Milli Prioritetdǝn biridir
Prezident İlham Əliyevin tǝsdiq etdiyi “İşğaldan azad edilmiş ǝrazilǝrǝ Böyük Qayıdışa dair Dövlǝt Proqramının ǝhatǝ dairǝsi”.
Azǝrbaycan Respublikasının beynǝlxalq sǝviyyǝdǝ tanınmış ǝrazilǝrinin 20 faizi 30 ilǝ yaxın müddǝtdǝ Ermǝnistan Respublikası tǝrǝfindǝn işğal altında saxlanılmışdır. İşğal dövründǝ bu ǝrazilǝrdǝ Azǝrbaycanın şǝhǝrlǝri vǝ digǝr yaşayış mǝntǝqǝlǝri, o cümlǝdǝn infrastruktur obyektlǝri tamamilǝ dağıdılmış, milli-mǝdǝni irsimiz mǝhv edilmiş, tǝbii sǝrvǝtlǝrimiz talan edilmiş, iqtisadiyyata ǝhǝmiyyǝtli zǝrǝr vurulmuş, 1 milyondan artıq azǝrbaycanlı qaçqın vǝ mǝcburi köçkün vǝziyyǝtinǝ düşmüşdür.
2020-ci il sentyabrın 27-dǝ Ermǝnistanın növbǝti hǝrbi tǝxribatına cavab olaraq Azǝrbaycan Ordusu ǝks-hǝmlǝ ǝmǝliyyatına başlamış vǝ 44 gün davam edǝn Vǝtǝn müharibǝsi nǝticǝsindǝ torpaqlarımız işğaldan azad olunmuş, ölkǝmizin ǝrazi bütövlüyü bǝrpa edilmişdir.
Azǝrbaycan Respublikası öz torpaqlarını azad etmǝklǝ tarixi inkişafının irimiqyaslı bǝrpa- quruculuq layihǝlǝri ilǝ sǝciyyǝlǝnǝn, dayanıqlı sülhǝ, tǝrǝqqiyǝ ǝsaslanan vǝ bir çox ölkǝlǝr üçün nümunǝ olan yeni mǝrhǝlǝsinǝ qǝdǝm qoymuşdur. Vǝtǝn müharibǝsindǝn ötǝn müddǝt ǝrzindǝ işğaldan azad olunmuş ǝrazilǝrin minalardan vǝ partlamamış hǝrbi sursatdan tǝmizlǝnmǝsi, müasir yaşayış, istehsal vǝ xidmǝt infrastrukturunun qurulması, iqtisadi fǝaliyyǝtin, o cümlǝdǝn nǝqliyyat-kommunikasiya xǝtlǝrinin bǝrpası, xüsusilǝ Zǝngǝzur dǝhlizinin açılması istiqamǝtindǝ mühim işlǝr görülmüşdür.
Hǝyata keçirilǝn mǝqsǝdyönlü vǝ genişmiqyaslı layihǝlǝr Qarabağ vǝ Şǝrqi Zǝngǝzur iqtisadi rayonlarının sürǝtlǝ dirçǝlmǝsinǝ, ǝhalinin dayanıqlı mǝskunlaşmasına vǝ davamlı iqtisadi aktivliyinin tǝmin olunmasına xidmǝt edir, habelǝ hǝmin ǝrazilǝrin yüksǝk inkişaf etmiş regiona çevrilmǝsi üçün sağlam bünövrǝ yaradır.
İşğaldan azad edilmiş ǝrazilǝrǝ “Böyük Qayıdış” Azǝrbaycanın 2030-cu ilǝdǝk beş Milli Prioritetindǝn biri kimi müǝyyǝn olunmuşdur. Bu Milli Prioritetlǝrǝ ǝsaslanan “Azǝrbaycan Respublikasının 2022-2026-cı illǝrdǝ sosial-iqtisadi inkişaf strategiyası” yeni inkişaf mǝrhǝlǝsindǝki hǝdǝflǝrǝ çatmağa xidmǝt edǝn mühüm sǝnǝddir.
Dövlǝt Proqramının ilk baxışda altı strateji hǝdǝfi var. Bura tǝhlükǝsizlik, müasir yaşayış mǝntǝqǝlǝrinin salınması, ǝhalinin dayanıqlı mǝskunlaşması, ǝhatǝli vǝ qabaqcıl standartlara cavab verǝn infrastrukturun qurulması, ǝrazilǝrin iqtisadi inkişafının dǝstǝklǝnmǝsi vǝ ekoloji tǝmiz mühitin tǝmin edilmǝsi daxildir.
Tarixi zǝfǝrimizdǝn sonra Milli Strateji vǝzifǝ kimi qarşımızda duran ǝn mühüm mǝsǝlǝlǝrdǝn biri “Böyük qayıdışın” reallaşdırılmasıdır. Dövlǝt başçısı İlham Əliyevin “Böyük qayıdışa dair 1-ci Dövlǝt Proqramı haqqında” Sǝrǝncamı bu prossesi daha da sürǝtlǝndirir. Sǝrǝncama ǝsasǝn mǝrhǝlǝli şǝkildǝ proqramın icrası ilǝ bağlı konkret layihǝlǝrin hǝyata keçirilmǝsi nǝzǝrdǝ tutulub. Proqram ǝrazilǝrin bǝrpası,ǝhalinin tǝhlükǝsiz qayıdışı, ǝrazilǝrin iqtisadi inkişafının dǝstǝklǝnmǝsi kimi hǝdǝflǝri birlǝşdirir. Bu miqyasda yenidǝnqurma vǝ inkişaf proqramının ölkǝnin öz daxili imkanları hesabına icra edilmǝsi isǝ bir çox ölkǝlǝr üçün ǝlçatmaz bir tǝcrübǝdir.
Vergi güzǝştlǝrinin tǝtbiqi, özǝl tǝşǝbbüslǝrin, emal sahǝsinin stimullaşdırılması üçün güzǝştlǝrin tǝtbiqi, müasir bilik vǝ bacarıqlara malik mütǝxǝssislǝrin azad edilmiş ǝrazilǝrǝ cǝlb edilmǝsi planlaşdırılır. Yaxın tarixlǝrdǝ azad edilmiş ǝrazilǝrdǝ ǝlavǝ olaraq 350 iş yeri yaradılacaq. 2022-2026-cı illǝr sosial-iqtisadi inkişaf modelinin uğurla tǝtbiq edilmǝsi üçün tǝmǝl şǝrtlǝr işǝ salınacaq.

Aytac Quliyeva,
Bakı şəhəri, 86 nömrəli orta məktəbin müəllimi

