Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

El bir olsa dağ oynadar yerindən

By Vüsal Rafiqoğlu
24.12.2022 3 Min Read

Son günlərdə daha bir hadisə Azərbaycan xalqının iradəsinin, Vətən sevgisinin barometri oldu. Ekofəalların Laçın yolunda ermənilərin ölkəmizin təbii sərvətlərini talamasına qarşı aksiyalarında hamının iştirak etmək arzusu, ora can atması göz önündədir. Gedə bilməyənlər isə televiziya kanallarında, sosial şəbəkələrdə aksiya iştirakçılarına dəstək verdiklərini bildirirlər. Kimisi də telefonla zəng edib aksiyaçılara möhkəm durmalarını tövsiyə edir. Bir sözlə, hamı “çəkici bir yerə vurur.”

Birlik güc deməkdir, “El bir olsa dağ oynadar yerindən, güc bir olsa zərbi kərən sındırar” deyiblər müdrik atalarımız. Xalq, iqtidar və ordumuzun birliyi ərazilərimizi işğal altında saxlayan, təbii sərvətlərimizi daşıyıb aparan, evlərimizin daşını və taxtasını satan namərd erməni quldur dəstələri-Ermənistan ordusu məhz bu sarsılmaz birliyin qarşısında tab gətirə bilmədi və cəmi 44 günə darmadağın edildi. Birinci Qarabağ müharibəsinin qəhrəmanları-mayor Əlif Hacıyevin, Allahvedi Bağırovun, Asif Məhərrəmovun, Tofiq Hüseynovun, Əliyar Əliyevin, İbad Hüseynlinin, Mübariz İbrahimovun qəhrəmanlıqlarını İkinci Qarabağ müharibəsində general Polad Həşimov, general Hikmət Mirzəyev, polkovnik Tehran Mənsimov, Xudayar Yusifzadə, Səbuhi Əhmədov və yüzlərlə başqaları şərəflə davam etdirdilər.

Həmin birliyin yeni nümunəsi indi Laçın yolunda təzahür edir. Bütün bunlar onu sübut edir ki, ölkəmizdə gənclər və yeniyetmələr arasında vətənpərvərlik tərbiyəsi düzgün qurulub. Cəmi iki il əvvəl sentyabr ayında hərbi səfərbərlik şöbələrinin qarşısındakı izdihamlar, hamının torpaqlarımızın azad edilməsi üçün döyüşən orduya yazılmaq istəyi də bunun təsdiqidir. Həmin günlərdə hamı Prezident, Ali Baş Komandan  İlham Əliyevin arxasında möhkəm dayanacağını bildirirdi. İstər yaşlı adamlar, istərsə də gənclər Ali Baş Komandanın bir işarəsini gözləyirdilər. O günlərdə hərbçilərimizlə bərabər bütün təbəqələrdən olan kütlələr silah başına keçməyi arzulayırdı. İşləyən hər kəs öz yerində öz məhsulu ilə döyüşən ordumuza dəstək olmağa çalışırdı. Şairlərimiz, yazıçılarımız isə qələmi və bədii təxəyyülləri ilə…

Prezident mükafatçısı, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, həkim-şair Şahnaz Şahin də cəbhəyə süngüyə çevirdiyi qələmi ilə xidmət göstərirdi. O, öz şeirləri ilə döyüşçülərimizi igidliyə səsləyir, onların əhval-ruhiyyəsini daha da yüksəltməyə çalışır, qarı düşmənə aman verməməyi təlqin edirdi. Ümumiyyətlə, vətənpərvərlik tərbiyəsi Şahnaz xanımın qırx illik yaradıcılığının leytmotivini təşkil edir. O, Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlif Hacıyevin və başqa igidlərimizin  döyüş yollarını böyük məhəbbətlə qələmə alıb. Şahnaz xanım hərbi vətənpərvərlik mövzusunda bir neçə kitab da çap etdirib. “Zəfər nəğmələri” adlı kitabında müəllif cəngavər oğullarımızı düşmən üzərinə şahin kimi şığımağa çağırır:

Bu yurd yada dad olammaz,
Qarı düşmən dost olammaz,
Qilinc qında paslanammaz,
Ərənim heeey…Vətənim heeey!..

Yaxud, Ali Baş Komandanımız İlham Əliyevə xitabən deyilən bir bənd şeir əzəmətlə səslənir:

Addımının səsindən,
Göy titrəsin, Yer əssin!
Əmr et, yağı üstünə,
Dağlar qalxıb yerisin!

Göründüyü kimi, hərbi marş xarakterli bu şeirlərində müəllif sözün bədii qüdrətindən məharətlə istifadə edərək, gənclərdə vətənpərvərlik duyğularını coşdurmağa nail olmağa çalışır.

Şahnaz xanım bildirdi ki, millətin milli kimlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir: ” Vətənpərvərlik həm də fəaliyyət sahəsindən asılı olmayaraq, mənəvi-siyasi məsuliyyəti dərk etmək və layiqincə daşımaqdır. Müasir şəraitdə böyüməkdə olan gənc nəslin düzgün tərbiyəsi milli təhsil ocaqlarının qarşısında duran ən aktual vəzifələrdən biridir. Vətənpərvər vətəndaşın tərbiyəsi məktəbin ideoloji işində ən vacib istiqamətlərdən biri olmalıdır.

Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı fraqmental fəaliyyətin deyil, düşünülmüş, ardıcıl gənclər siyasətinin nəticəsidir. Ümumiyyətlə, 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində gənc əsgərlərimizin göstərdiyi şücaətlər bir daha onların Vətənimizə sevgisi, bağlılığı və vətənpərvərliyinin göstəricisi idi.

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza əsl rəhbərin necə vətənpərvər olmasının nümunəsini nümayiş etdirdi. Şəhidlər xiyabanından Şuşanın azad olunması müjdəsini verəndə Prezidentimizin hansı hissləri keçirdiyini bütün Azərbaycan xalqı, eləcə də dünyanın müxtəlif guşələrində ayaqda olan həmvətənlərimiz duydular.  Şuşada Prezidentimiz kövrəlməsi ilə də bizdə qürur hissi oyatdı, onu bizə daha da sevdirdi: Bizim belə vətənpərvər Prezidentimiz var. Bir faktıı vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin on doqquz illik fəaliyyəti gənc nəslin əsl vətənpərvər kimi yetişməsinə əvəzsiz töhfələr verib. Dövlətimizin başçısı atdığı hər addımda vətənpərvərlik nümunəsi göstərib. Var olsun Xalqımız, Prezidentimiz və Ordumuz!”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Narkomaniya ümumbəşəri bəladır

Next

Müzəffər xalq və qalib dövlət

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv