“LinguaLeo” Beynəlxalq onlayn təhsil xidmətinin təsisçisi Aynur Abdulnəsirov bacısı Elvira Abdulnəsirovanı öldürüb.
ARANTV.AZ xəbər verir ki, hadisə onların ata evində – Başqırdısatnın Dürtüli qəsəbəsində baş verib.
Təsisçinin şizofreniyadan əziyyət çəkən bacısı Elvira qəfil ona hücum çəkib. Həmin zaman Aynurun əlində bıçaq olub. O, baş verən qəfil hücumdan təşvişə düşərək, bacısına 7 bıçaq zərbəsi endirib. Aldığı bıçaq zərbələrindən Elvira yerindəcə keçinib. Baş verən hadisə ilə bağlı onların anası polisə xəbər verib. A. Abdulnəsirov polislər tərəfindən nəzarətə götürülüb və ifadə verərək etdiyi cinayəti etiraf edib.
Qeyd edək ki, E. Abdulnəsirovaya 1996-cı ildən şizofreniya diaqnozu qoyulub. Zamanla xəstəlik kəskinləşdiyi üçün qadında ətrafa qarşı aqressiya böyüyüb.Sonxeber.az
