2023-cü ilin ilk klipi Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanovun məşhur “Caruso” adlı mahnıya çəkdirdiyi ekran işi olub. ARANTV.AZ xəbər verir ki, klipin rejissorluğunu sənətçi özü edib. Layihədə Almaniyanın tanınmış musiqiçi Anna Gold da rol alıb.