Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qərbi Azərbaycanda erməni ləpiri belə olmayıb…

By Vüsal Rafiqoğlu
24.01.2023 4 Min Read

Həqiqətləri həm gələcək nəsillərimiz, həm də düşmənlərimiz bilməlidirlər

Yaranışından daim feodal müharibələrinə, xarici müdaxilələrə və müharibələrə məruz qalan Qərbi Azərbaycan tarixi hadisələrlə zəngindir. Orta əsrlərdə bu torpaqlarda xalqımızın xilaskarı Sultan Alp-Arslanın, istilaçı Əmir Teymurun, Şah İsmayıl Xətainin və başqalarının izləri qalmaqdadır.

Tarixdən məlum olduğu kimi, XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında yaranan İrəvan xanlığı Ağrı dağı ilə Ələyəz (Alagöz) dağı arasında qalan və Araz çayının hər iki sahilində yerləşən ərazini əhatə etmişdir. İrəvan xanlığı şimaldan Pəmbək əyaləti, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy və Maku xanlıqları və Bayazid paşalığı ilə, qərbdən Qars paşalığı və şimal-qərbdən Şörəyel sultanlığı ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi təqribən 23,8 min kvadrat kilometr olmuşdur.

Təsvir olunan ərazi XV əsrin əvvəllərindən başlamış, İrəvan xanlığının yaranmasınadək olan dövrdə Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olunmuşdur. Yerləşdiyi coğrafi mövqeyinə görə Çuxur Səəd – yəni, Səədin Çuxuru adlandırılmışdır. Bəzi mənbələrdə həm də Çuxur-Səəd hakimi Əmir Səədin vəfatından sonra 1413-cü ildə onun oğlu Pir Hüseyn tərəfindən inşa olunan ailə məqbərəsi hazırda İrəvan şəhəri yaxınlığındakı Cəfərabad (ermənilər 1946-cı ildən Arqavand adlandırıblar) kəndinin ərazisindədir və həmin abidəni indi ermənilər “Türkmən abidəsi” kimi təqdim etməyə çalışırlar.

1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından 4 bəylərbəyliyə bölünmüşdü və Çuxur-Səəd bəylərbəyliyi onlardan biri idi. Bəylərbəyliyin mərkəzi 1509-1510-cu illərdə inşa olunmuş İrəvan şəhəri idi və o, İrəvan bəylərbəyliyi kimi də tanınırdı. Çuxur-Səəd bəylərbəyliyi müəyyən vaxtlarda Osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır. 1728-ci ildə osmanlılar tərəfindən tərtib edilən “İrəvan əyalətinin icmal dəftəri”nə görə əyalət ərazi-inzibati bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göycə, Dərələyəz, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur nahiyələri, Şörəyel (Şürəgəl) və Naxçıvan sancaqları.

Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736-1747-ci illər) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əfşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə öz növbəsində kəndlərə bölünürdü.

İrəvan şəhəri ayrıca inzibati-ərazi vahidi kimi götürülürdü. Xanlığın mərkəzi kimi, İrəvan şəhərində xeyli abadlıq və quruculuq işləri həyata keçirilmiş, memarlıq inciləri sayılan neçə-neçə məscidlər, karvansaralar, hamamlar inşa edilmişdi. İrəvan qalasının özü qala-şəhər kimi möhtəşəm memarlıq kompleksi idi.

1795-ci ildə Ağa Məhəmməd Şah Qacar İrəvan xanlığını özündən asılı vəziyyətə salmışdı. Şah Qacar, eyni zamanda Şörəyel və Pəmbək ərazilərini xüsusi fərmanla İrəvan xanı Məhəmməd xanın tabeçiliyinə vermişdi.

Mahalların coğrafi mövqeyi və inzibati vahidləri, müharibələr nəticəsində dağıdılmış kəndlər haqqında 1829-1832-ci illərdə keçmiş İrəvan xanlığı ərazisində kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopen ətraflı məlumat vermişdir.

İrəvan xanlığının Rusiya qoşunları tərəfindən 1827-ci ildə işğalı ərəfəsində xanlığın inzibati-ərazi bölgüsü 15 mahaldan və xanlıqdan yarıasılı Şörəyel sultanlığından ibarət olmuşdur. Mahalların adları belə idi:

Qırxbulaq,  Zəngibasar,  Gərnibasar,  Vedibasar,  Körpübasar,  Sərdarabad,  Talın,  Səədli,  Abaran,  Seyidli-Ağsaqqallı,  Dərəçiçək, Göycə,  Şərur,  Dərəkənd-Parçenis,  Sürməli.

Mahallardan yalnız ikisi – Dərəkənd-Parçenis və Sürməli mahalları Araz çayının sağ sahilində yerləşirdi. Mahalların təşkili zamanı suvarma sistemlərinin mövcudluğu, kəndlərin çay hövzələrinə yaxınlığı əsas meyar kimi götürülürdü. Məsələn, Zəngibasar mahalına Zəngi çayının suyundan istifadə edən kəndlər daxil edilmişdi. 1828-ci il İrəvan şəhəri və qalası uğrunda döyüşlərdə qalib gələn Rusiya orduları şəhərdə böyük dağıntılar törətdilər və rus generalları xanlığın idarəçiliyini öz əllərinə aldılar.

İrəvanı kimlər idarə etmişlər:

Çuxursəəd bəylərbəyləri:

Əmir Səəd – (XIV əsrin sonlarından 1410-cu ilə qədər),

Pir Hüseyn – (1410-1413),

Pir Yaqub (Pir Hüseyn oğlu) – (1420-ci illər),

Əbdül (Pir Hüseyn oğlu) – (1440-cı illər),

Yaqub bəy – (1440-cı illər),

Həsənəli Qaraqoyunlu – (1460-cı illər),

Div Sultan Rumlu – (1515-dən),

Hüseyn xan Sultan Rumlu – (1550-ci ildən),

Şahqulu Sultan Ustaclı – (1550-1575),

Məhəmməd xan Toxmaq Ustaclı – (1576-1583),

Lələ paşa – (1577),

Xıdır paşa – (1583),

Məhəmməd Şərif paşa – (1604-cü ilədək),

Əmirgünə xan Qacar – (1604-5-1625),

Təhmasibqulu xan Qacar – (1625-1635),

Fərhad paşa – (1635),

Kalbalı xan – (1636-1639),

Çağata Kötük Məhəmməd xan – (1639-40-1648),

Xosrov xan – (1648-1652-53),

Məhəmmədqulu xan Lələ bəy – (1652-53-1659-60),

Nəcəfqulu xan – (1659-60-1663),

Abbasqulu xan Qacar (Əmirgünə xan Qacarın oğlu) – (1663-1666),

Səfi xan (Alxas Mirzə) – (1666-67-1674),

Sarıxan bəy – (1674-1675),

Səfiqulu xan – (1675-1679),

Zal xan – (1679-1688),

Murtuzaqulu xan – (1688-1691),

Məhəmmədqulu xan – (1691-1694),

Zöhrab xan – (1694-1699),

Fərzəli (Fətəli) xan Qacar – (1699-1705),

Əbdül Məhəmməd xan – (1705-1709),

Mehrəli xan – (1709-1719),

Allahqulu xan – (1719-1725),

Rəcəb paşa – (1725-1728),

İbrahim paşa və Mustafa paşa – (1728-1734),

Əli paşa Dəftərdar – (1734),

Hacı Hüseyn paşa – (1734),

Məhəmmədqulu xan – (1735),

Pir Məhəmməd xan – (1736),

İrəvan xanları:

Mehdi xan Qasımlı (Əfşar) – (1747-1748),

Məhəmməd Hüseyn xan Gəraylı – (1748-1751),

Xəlil xan Özbək – (1751-1755),

Həsənəli xan Qacar – (1755-1759),

Hüseynəli xan Qacar (Həsənəli xan Qacarın qardaşı) – (1759/60-1783, noyabr),

Qulaməli xan Qacar (Hüseynəli xan Qacarın oğlu) – (1783-1784, yay),

Məhəmməd Hüseyn xan Qacar (Hüseynəli xan Qacarın oğlu) – (1784-1797, iyun),

Əliqulu xan Qacar (Ağa Məhəmməd şah Qacarın qardaşı) – (1797, iyun),

Həsən xan Makulu – (1797, yay),

Mehdiqulu xan Qacar -(1805, yay — 1806, avqust),

Əhməd xan Marağalı – (1806, avqust-oktyabr),

Hüseynqulu xan Qacar – (1806, dekabr-1827, oktyabr),

Qubernatorlar:

Nazarov İvan, İvanoviç
general-mayor,
 -1849-1859
Astafyev Mixail, İvanoviç
general-mayor,
 -1860-1866
Roslavlev Mixail, İvanoviç
general-mayor,
 – 1867-1880
Şalikov Mixail, Yakovleviç
general-leytenant,
 -1880 – 1890
Freze Aleksandr, Aleksandroviç
general-leytenant,
 -1891- 1895
Tizenhauzen qraf Vladimir Fyodoroviç
həqiqi mülki müşavir.
 – 1896-1916

 

Bu faktlar ermənilərin sərsəm ərazi iddialarına, guya bu ərazinin onlara məxsus olmasına ən tutarlı cavabdır. Göründüyü kimi, Qərbi Azərbaycan ərazisini idarə edənlər arasında bir nəfər də erməni yoxdur. Bu, onu sübut edir ki, ermənilərin uydurma tarixi də özləri kimi saxtadır. Həmin saxta tarix Azərbaycan ərazilərinin ermənilər tərəfindən hissə-hissə işğal edilməsinə və Ermənistana qatılmasına bəhanə vermək üçündür. Ancaq daha keçməz, “dəmir yumruq” həmişəlik onların başları üzərində olacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb

Next

Avropa Parlamentinə necə etibar etmək olar?

Xəbər lenti

  • Prezident fərman imzaladı 17.07.2026
  • Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək 17.07.2026
  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026

Son Yazılar

  • Prezident fərman imzaladı 17.07.2026
  • Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək 17.07.2026
  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv