Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanın təqdimatı üçün mühüm tribuna – Davos Forumu

By Vüsal Rafiqoğlu
24.01.2023 4 Min Read

Deputat Aydın Hüseynov: “Azərbaycanın bu forumda ən yüksək təmsilçiliklə aktiv iştirakı ölkəmizin siyasi, iqtisadi, təhlükəsizlik maraqları, dünya birliyi ilə əlaqələrin daha da sıxlaşdırılması üçün çox ciddi əhəmiyyətə malikdir”

Ötən həftənin önəmli hadisələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) illik toplantısında iştirak etməsi və forum çərçivəsində çoxsaylı görüşlər keçirməsi, çıxışlar etməsi oldu. Yanvarın 17-dən 20-dək keçirilən Davos İqtisadi Forumu bu baxımdan Azərbaycan üçün əhəmiyyəti hesab edilir.

Məlumat üçün qeyd edək ki, Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlanıb. Forum 1987-ci ildən etibarən rəsmi olaraq Dünya İqtisadi Forumu (DİF) adlandırılır. Davos Forumu ənənəvi olaraq, hər ilin yanvar ayının sonunda keçirilir. Hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən “dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. Bu platforma hər il dünya liderlərinin toplaşdığı, müasir dünya siyasətinin ənənəvi elitar ünsiyyət və dialoq platformalarından biridir.

Aydın Hüseynov: “Ölkəmizin iqtisadi imkanlarının daha da artacağı real  proqnozlardır”

Aydın Hüseynov 

Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a bildirdi ki, əslində hər il yanvar ayında keçirilən bu böyük, nüfuzlu toplantı iqtisadi forum adlansa da əsas mahiyyət etibarilə müasir dünya düzəninin, iqtisadi-texnoloji inkişaf siyasətinin müzakirəsi, proqnozlaşdırılması və bir çox gələcək proseslərin, siyasi-iqtisadi perspektivlərin razılaşdırılması baxımından çox əhəmiyyətli dialoq vasitəsidir. Bu mənada Azərbaycanın Davos Forumunda ən yüksək təmsilçiliklə aktiv iştirakı ölkəmizin siyasi, iqtisadi, təhlükəsizlik maraqları sarıdan, dünya birliyi ilə əlaqələrin daha da sıxlaşdırılması üçün çox ciddi əhəmiyyətə malikdir: “Azərbaycan 1995-ci ildən bu platformada iştirak edir və çox uğurlu nəticələr əldə edib. Azərbaycandan ilk dəfə 27-31 yanvar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Ulu öndər ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bununla da Azərbaycanın Davos Forumu yolçuluğu başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Davosda ilk dəfə 25 yanvar 2007-ci ildə ”Güclərin qlobal balansının yerdəyişməsi” devizi ilə keçirilən forumun ilk iclasında “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda çıxış edib. O zamandan bəri dünyanın siyasi-iqtisadi, mədəni-texnoloji elitasının cəmləşdiyi bu platforma çərçivəsində 16 ildir ki, iştirak edən Prezident İlham Əliyev Azərbaycanın dünyada nüfuzunun artması, Azərbaycan həqiqətlərinin dünyaya təqdimatı istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb, böyük regional və qlobal layihələrin müzakirəsində iştirak edib. Sözsüz ki, Azərbaycanın beynəlxalq iqtisadi layihələrdə birbaşa və bilavasitə iştirakı həm Azərbaycanın iqtisadiyyatının inkişafı, həm də regionun və dünyanın iqtisadi sisteminə töhfələr verilməsi baxımından çox böyük əhəmiyyətə malikdir”.

Deputatın sözlərinə görə, ölkəmizin beynəlxalq əlaqələrinin, dünyanın ayrı-ayrı dövlətləri, böyük biznes dairələri ilə əməkdaşlığının əldə olunmasında, möhkəmlədilməsində Davos Forumunda hər il ölkə rəhbərliyi səviyyəsində iştirakımızın ciddi rolu danılmazdır: “Azərbaycan Prezidentinin Davos Forumunda çıxışları həmişə dünya nəhənglərinin çox böyük marağına, diqqətinə səbəb olur. Azərbaycanın təqdimatı üçün Davos Forumu çox yaxşı və vacib bir səhnədir, pəncərədir. Davos İqtisadi Forumu vacib bir tribuna rolunu oynayır. Dünyanın aparıcı insanları, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və iş adamları burada bir araya gəlir. Davos yeganə forumdur ki, həm rəsmiləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Bu baxımdan Davos müzakirələri müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacib bir tribunadır. Hər bir ölkə çalışır ki, həmin tribunadan istifadə etsin. Azərbaycan da birmənalı şəkildə Davosda iştirak etməkdə maraqlı olduğunu daim nümayiş etdirir. Azərbaycan Davos İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu da ölkəmizin həmin platformaya verdiyi önəmin göstəcisidir. Əgər dünyanın aparıcı dövlətlərinin rəhbərləri Davosa gələrək bu tədbirdə iştirak edirlərsə, deməli, bu forumun siyasi əhəmiyyəti də çox böyükdür. Forum heç də təkcə iqtisadi forum deyil, siyasi əhəmiyyəti böyük olan beynəlxalq tribuna statusu da var. İqtisadi xarakter daşımasına baxmayaraq, dediyimiz kimi, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata, siyasətə yeni istiqamətlər verir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşklatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Hazırladı: Etibar SEYİDAĞA

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Səhər yeməyini özün ye…

Next

Yararsız öskürək siropu 300-dən çox uşağın ölümünə səbəb olub

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv