12 yaşlı uşağı elektrik cərəyanı vurdu

Hadisə Xəzər rayonunda qeydə alınıb

Şüvəlan qəsəbəsində 2007-ci il təvəllüdlü Kərimov Aydın Elxan oğlu yaşadığı evdə valideyn nəzarəti olmadan elektrik cihazının açıq naqilinə toxunub.

Nəticədə uşağı elektrik cərəyanı vurub. O, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(ona.az)