Bakıda kişini elektrik cərəyanı vurub
Yasamal rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.
ARANTV.AZ report.az-a istinadən bildirir ki, hadisə Əhməd Cəmil küçəsi 30 ünvanında baş verib.
1956-ci il təvəllüdlü Şərifov Şamil Mikayıl oğlunu yaşadığı evdə ehtiyyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə o ağır xəsarət alıb.
Ş.Şərifov xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

