Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Nazirin “BDU-da həkimlik ixtisası açılsın” təklifinə reaksiyalar

By Vüsal Rafiqoğlu
10.03.2023 4 Min Read

Təhsil ekspertləri Emin Əmrullayevin fikirləri ilə razılaşmırlar…

Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı universitetlərin dar çərçivədə mütəxəssis yetişdirdiyinə, dünya reytinqinə düşmə kriteriyasına uyğun gəlmədiyinə görə reytinqə düşmə ehtimalının olmadığını qeyd edib.

“Məsələn, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və ya Azərbaycan Tibb Universiteti. Bu kimi digər universitetlərimiz sadəcə “institut” adından “universitet” adına keçib. Dar çərçivədə – ya yalnız həkim yetişdirir, ya yalnız tərcüməçi və ya yalnız dilçi. Dünya reytinqinə düşən universitetlər isə çoxşaxəli olmalıdır. Yəni məsələn, BDU-da həm həkim, həm mühəndis, həm tərcüməçi eyni zamanda yetişməlidir. Bu halda bizim dünya reytinqinə düşmə ehtimalımız artacaq”, – deyə E.Əmrullayev əlavə edib.

Bəs universitetlərin reytinqinin artması üçün yeni ixtisaslar yaradılmalıdırmı?

Elşən Qafarov: "Töhmət olunası adım lazımdırsa, bu, təhsil nazirinin özü və  onun komandasıdır”

 Elşən Qafarov

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb. Ekspert nazirin fikirləri ilə razılaşmadığını bildirdi: “Bu gün Azərbaycan universitetlərinin dünyanın aparıcı reytinq sistemlərində yer tutması üçün ilk növbədə ali təhsilin həm məzmununda, həm  strukturunda ciddi dəyişikliklər etmək, beynəlxalq standartlara uyğunlaşdırmaq, həmçinin universitetlərə müəyyən müstəqilliklər vermək lazımdır. Yəni universitetlərə elmi araşdırmalar, tədqiqatlar aparmaq üçün müəyyən  muxtariyyət verilməlidir ki, onları özləri beynəlxalq əməkdaşlıq qura bilsinlər.  İkinci bir tərəfdən, ali təhsil müəssisələrimizdə bizim hazırda lazımi elmi araşdırmalar, tədqiqatlar  aparan kadr potensialımız yoxdur, hansı ki, bunun üçün dövlət artıq tədbir görüb, “İkinci dövlət proqramı” qəbul edilib. Qeyd edim ki, həmin proqramda məhz bu məsələ ilə bağlı daha çox doktorantura, magistratura səviyyələrini oxumaq üçün xaricə tələbələr göndərilir. O ki qaldı nazirin universitetlərdə müxtəlif ixtisasların açılması fikrinə, mən bu məsələ ilə razı deyiləm.  Məsələn, dünyanın bir nömrəli universiteti “Massachusetts Texnologiya İnstitutu”dur, hansı ki, bu institutda konkret texnologiya sahəsi üzrə kadrlar yetişdirilir. Ona görə də bu fikirlə razı deyiləm ki, universitetlərimizin əksəriyyəti konkret bir sahə üzrə kadr hazırlığı ilə məşğul olduğu üçün reytinq cədvəlinə düşə bilmir”.

Ekspert qeyd edib ki, Azərbaycan universitetlərinin dünyanın reytinq cədvəlinə düşməsi üçün ilk növbədə ciddi struktur dəyişikliyi edilməlidir: “Yəni ilk növbədə 70-ci illərin ali təhsil sferasından çıxmağı bacarmalıyıq. Peşə hazırlığı ilə məşğul olan ali təhsil müəssisələri həm praktik, həm nəzəri biliklər verməlidir. Hələ də bizim ali təhsil müəssisələrimizdə 70-ci illərdən qalmış, saralmış, əldən düşmüş vərəqlər üzərindən mühazirə oxunur və başqa bir yenilik yoxdur. Həmçinin ali təhsil müəssisələrimizdə praktika 4-cü kursun sonunda 2 ay aparılır. Halbuki dünyanın heç ən aparıcı deyil, orta, aşağı səviyyəli hər hansı ali təhsil müəssisələrində artıq  birinci kursdan sonra dərslərin bəlli bir qismi yarıpraktik, yarı qismi isə nəzəri keçirilir. Yəni artıq ali təhsili bitirən kadr istehsalata, əmək bazarına hazır olur.  Bizdə isə 4 il diploma görə oxuyurlar, bundan sonra isə praktikaya gedirlər. Əgər getdiyi praktika mühiti yaxşı olarsa, bu zaman haqqında deyəcəyik ki, yaxşı mütəxəssisdir. Bir daha qeyd edirəm ki, universitetlərin reytinqinin artması üçün yeni ixtisaslar yaradılması fikri ilə razı deyiləm. Bəli, ali təhsildə ciddi dəyişikliklər aparmaq lazımdır, amma bu dəyişikliklər uğur qazanmış universitetlərin praktikasından istifadə olunması əsasında aparılmalıdır”.

Kamran Əsədov: "Kollec məzunlarının yenidən imtahan vermələrinə ehtiyac  yoxdur"

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, Azərbaycan universitetləri arasında bir tək Bakı Dövlət Universiteti beynəlxalq reytinqdə öz mövqeyini yaxşılaşdıra bilib: “Bu universitet xüsusilə son 3 il ərzində beynəlxalq reytinqdə öz mövqeyini çox yaxşılaşdırıb, irəli gedə bilib. Görürük ki, beynəlxalq reytinqdə, digər  agentliklərdə hətta elmi məqalələrin sayına, istinadlara görə BDU son 3 il ərzində çox ciddi şəkildə irəliləyib.  Qeyd edim ki, ölkə prezidenti tərəfindən ali təhsildə rəqabətin artması ilə bağlı proqram təsdiqlənmişdi, eyni zamanda  ölkəmizin yeni 2022-2026-cı illər sosial  iqtisadi inkişafı ilə bağlı dövlət proqramı  qəbul olunub. Bu proqramda qeyd olunur ki, Azərbaycan  ali təhsil müəssisələrindən ən azı ikisi dünya reytinqində ilk 800-lükdə olmalıdır.  Dünya reytinqində olmaq üçün bir neçə ciddi amillər lazımdır. Onların ilki ali  təhsilin tədqiqat işləri beynəlxalq elmi jurnallarda məqalələr sayıdır ki, bu hazırda BDU-da çox yaxşıdır. Yəni  görürük ki, beynəlxalq jurnallarda BDU-nin kifayət qədər məqaləsi artıb. Eyni zamanda beynəlxalq reytinqə təsir göstərən amillər sırasında ali təhsil müəssisəsinin yataqxana imkanlarıdır ki, bu da BDU-da çox yaxşı təşkil olunub. Tələbələrlə müəllim-professor heyətinin say nisbəti də BDU-da yaxşı təşkili olunub. Yəni kifayət qədər say göstəricisi BDU-da beynəlxalq reytinqdə yaxşıdır.

Təhsil naziri Emin Əmrullayevin də dediyi kimi, beynəlxalq reytinqdə  olmaq üçün ciddi şərtlər var. Bir  çox ixtisaslar üzrə kadr hazırlayanda beynəlxalq reytinqdə daha yaxşı irəliləmək mümkündür. BDU-nun bu ixtisaslara imkanları var, bu universitet Azərbaycanda az sayda universitetlərdəndir ki, özünün poliklinikası var. Bu o deməkdir ki, BDU tibb sahəsi üzrə də kadr hazırlaya bilər.  Azərbaycanda tibb mütəxəssislərinə ciddi ehtiyac var. Ölkədə ali təhsilli tibb həkimlərinin sayı 32 min, orta ixtisaslı tibb işçilərinin sayı isə 54 min nəfərdir. Yəni bizdə rəqəmlər kifayət qədər azdır. Ona görə də bizə ali təhsilli tibb mütəxəssisləri lazımdır. BDU-da tibb  ixtisasının açılması mümkündür. Həm BDU-nun kampusu, poliklinikası olması buna imkan  verir. Yəni bütün bu amillər birmənalı şəkildə BDU-ya bu ixtisasın açılması üçün normal şərait olduğunu deməyə əsas verir.

Həmçinin BDU-da mühəndislik kimi ixtisasların da açılmasına imkanlar var.  Təbii ki, beynəlxalq reytinq ölkəmizin imici üçün çox vacibdir. Ölkənin sosial-iqtisadi vəziyyətini, hakimiyyətin təhsilə dəstəyi fonunda Azərbaycan universitetləri dünyada daha yaxşı sırada  olmalıdır.  Eyni zamanda  xaricdən gələn tələbə sayları da beynəlxalq reytinqə öz təsirini göstərir. Universitetlər arasında ən çox xarici tələbə qəbul edən hazırda BDU-dur, həmçinin onun ikili  proqramları var. Yəni  bütün bu imkanları dəyərləndirsək, hesab edirəm ki, BDU-da ən azı illik  plan yeri 50 olan tibb ixtisasının açılması mümkündür”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Turistlə danışdıqdan sonra məşhurlaşan 13 yaşlı İbrahim barədə MARAQLI MƏQAMLAR – VİDEO

Next

Azərbaycan yeməklərinin reyestri hazırlanacaq

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv