Cəmiyyət 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilk dəfə İçərişəhərdə konsert layihəsini təqdim edib – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ənənəvi bayram tədbirinə qoşulub.

Qoşa Qala meydanında təşkil olunan “Bayram qalası” günlərinin açılışında Mərkəzin yaradıcı heyəti konsert layihəsi ilə çıxış edib. Konsert proqramında Azərbaycan bəstəkarlarının sevilən nəğmələri, xalq mahnıları səsləndirilib. Təlimçilərimizin və benefisiarlarımızın musiqi nömrələri, kapoeyra şousu bayram şənliyinə toplaşan yerli və əcnəbi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Cənubi Qafqazda kifayət qədər çoxşaxəli fəaliyyətə malik ilk ən böyük inklüziv məkandır. Hazırda bu unikal məkanda 172 benefisiar 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb olunub. Təlimlərə cəlb olunan həssas qruplara aid şəxslərin bacarıq və yaradıcılıq potensiallarının inkişaf etdirilməsi ilə yanaşı, fərdi inkişaf planları əsasında onlarla bağlı kompleks reabilitasiya işləri də aparılır.

 

Daha çox xəbərlər