Gündəm 

Propilenin sopolimerlərinin ixracı artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 10,3 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac olunan məhsulun dəyəri isə 13 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2022-ci ilin müvafiq aylarında Azərbaycandan 5,2 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac edilib, həmin ixracın dəyəri 8,5 milyon dollar olub.

Daha çox xəbərlər