Heydər Əliyev-dünya siyasətində özünə məxsus yeri olan və silinməz izlər buraxan bir tarixi şəxsiyyətdir.Nəinki,tarix şəxsiyyət,eyni zamanda tarix yaradan insandır.
Ulu öndər Heydər Əliyevin dünyaya örnək olan mədəni irsi
Heydər Əliyev-dünya siyasətində özünə məxsus yeri olan və silinməz izlər buraxan bir tarixi şəxsiyyətdir.Nəinki,tarix şəxsiyyət,eyni zamanda tarix yaradan insandır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
Heydər Əliyev 1941-1944- cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq daxili işlər komisssarlığında ,sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümum şöbənin müdiri vəzifəsində işləyib.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə də ona general-mayor rütbəsi verilmişdir.
1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Komitənin katibi seçildiyi ilə qədər Heydər Əliyev müxtəlif vəzifələrdə çalışmişdır.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuş, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyası xəttə etiraz olaraq Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifədən istefa vermişdi.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdi.
O,Naxçıvanda bir sıra vəzifələrdə çalışmış və çalışdığı illər ərzində daim Azərbaycan xalqının rifahı üçün çalışmış,onların haqlarını müdafiyə etmişdir.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.
Heydər Əlieyev ömrünün sonuna qədər xalq üçün çalışıb və bütün ömrünü xalqa həsr etmişdir.Əliyevin qayıdışı ilə sanki xalqda ruh yüksəkliyi ,eyni zamanda gələcəyə inam hissi yarandı.
Heydər Əliyevi xalq özü seçmişdir.Belə bir vaxtda xalqın köməyinə çatan bu insan sözün əsl mənasında,xilaskarımıza çevrilmişdir.
Xalqa xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin həyat yolu bizim üçün,gələcək nəsillər üçün həqiqiqətən tükənməz ibrət məktəbidir.Heydər Əliyev nəinki,prezident olduqdan sonra,o hətta ondan əvvəlki dövrlərdə də xalqını,millətini düşünmüş,hər yerdə millətimizin haqqını tələb etmişdir.
Ümummilli lider daxili və xarici qüvvələrin dövlət çevrilişi,təxribat cəhdlərinə baxmayaraq öz həyatı və sağlamlıği hesabına Müstəqil Azərbaycan dövlətini qurdu,köklü islahatlar apararaq ölkədə ictimai sabitliyi və qanunçuluğu bərpa etdi.Onun əsas və başlıca addımlarından biri 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını yaratmaq oldu.Konstitusiyamızda yazılan qanunlar insanların hüquqlarının müdafiyəsinə,onların rifahının təmin edilməsinə yönəldi.
Heydər Əliyevin qəbul etdiyi qanunlar,verdiyi fərmanlar son dərərəcə xalqımız yaşayışı və rahatlığı üçün nəzərdə tutulmuş,dövlətimizin inkişafına yönəlmişdir.
Artıq,müstəqilliyimizin 10 il tamamında Azərbaycanda xeyli dəyişikliklər olmuşdur.Demək olar ki,bu inkişaf və yenilik bir çox sahələrdə özünü göstərmişdir..
“ Siyasət mümkün olanı etmək deyil,mümkünsüzü bacarmaq sənətidir “. Bu kəlamda deyildiyi kimi Heydər Əliyev öz uzaqgörən və düşünülmüş siyasəti ilə xalqımız üçün mümkünsüz görünən hər şeyi həyata keçirdi,müstəqilliyimizi əbədi və dönməz etdi.Bu gün qürurla deyə bilərik ki,Azərbaycan möhkəm bünövrə üzərində qurulmuş və inkişaf etməkdədir.
Düzdü, Azərbaycan zəngin ölkədir.Onun istedatlı insanları və zəngin təbii sərvətləri vardır.Lakin,bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir.Hər birimizin borcudur ki,Heydər Əliyevin bizə miras qoyduğu bu siyasi və mədəni irsi,eyni zamanda, yaratmış olduğu müstəqil dövlətimizi qoruyaq və inkişaf etdirək.
ARANTV.AZ
Nilufər Əliyeva

