Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında yeni mərhələ
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərinin məqsədi 2 ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi və əlaqələrin daha da inkişaf etməsinə nail olmaqdır. Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə baş tutan görüşün gündəliyində aktual məsələlərin müzakirəsi yer alırdı.
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində ciddi irəlləyiş müşahidə olunur. Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter alması Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri ilə bağlıdır. İki ölkə arasında münasibətlərin gələcəyini bu səfərlərdə imzalanan sazişlər, razılıqlar müəyyən edir.
Azərbaycanla Tacikistan arasında münasibətlərin inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə qalxmasında hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri ilə yanaşı qarşılıqlı səfərləri böyük əhəmiyyətə malikdir. Bu günə qədər hər iki ölkənin Prezidenti çoxsaylı görüşlər keçiriblər. Keçirilən bütün görüşlərdə dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bildiriblər.
Tacikistanla Azərbaycanın əlaqələri uzun illərdir ki, davam edir. 1992-ci il mayın 29-da iki qardaş ölkə arasında diplomatik münasibətlər qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə son illərdə Mərkəzi Asiya ölkələri, eyni zamanda türk dövlətləri ilə ciddi əlaqələr qurur.
Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümündə baş tutan dövlət səfəri, geniş tərkibdə keçirilən görüşlərində bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmmun olduqlarını bildiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə baş tutan görüşdə bildirib ki, bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.

Rövşanə Abbasova,
YAP Xətai rayon təşkilatının “Xudu Məmmədov 3” ünvanı üzrə ərizə partiya təşkilatının üzvü

