Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Kişi dırnaq ustası: “Bacıma nisbətən mənim müştərilərim daha çox olur” – FOTO

By Vüsal Rafiqoğlu
10.04.2023 5 Min Read

Azərbaycanlı dırnaq ustası Elşən Osmanov: “Bacıma nisbətən mənim müştərilərim daha çox olur. Bəlkə də səbəbi işimi daha tez bitirməyimdir. Bir dırnağa adətən, 1,5-2 saat vaxt sərf olunur. Mən 1 saata bitirirəm”.

Aslanın erkəyi dişisi olmaz. Yaxud “peşənin qadını, kişisi, yəni cinsiyyəti olmur” deyirik. Bu məsəllərin özündə bərabərlik olsa da, adətən kişi peşələri kimi tanınan işləri qadın görərkən onlara müraciət edirdik. Məsələn, qadın motor ustası, qadın gəmi mexaniki, qadın fəhlə və s.

“Kaspi” qəzeti budəfəki müsahibəsində isə cəmiyyətdə qadın peşəsi kimi tanınan dırnaq ustalığı ilə məşğul olan qarşı cinsin nümayəndəsi ilə söhbətləşib. Müsahibimiz Türkiyədə yaşadığı bölgədə məşhurlaşan kişi dırnaq ustası Elşən Osmanovdur.

14 yaşından pul qazanmağa çalışıb

Sosial şəbəkələrdə Elşənin dırnağa lak, gel, dizayn verərkən paylaşdığı şəkillər şəbəkə istifadəçiləri tərəfindən təəccüblə qarşılanır. Yazılan rəylərdən işinin peşəkarı olduğu da aydın seçilir. Təbii ki, tənqidi fikirlər də az deyil. Biz də peşəsi, işinin xüsusiyyətləri, ətrafdan gələn neqativ fikirlərlə mübarizə forması, işinin çətinlikləri ilə bağlı kişi dırnaq ustası ilə söhbətləşdik.

22 yaşındadır. Ali təhsil almayıb. Deyir, 13-14 yaşında evdən gizli tikintidə çalışıb. 16 yaşından isə kişi bərbəri işləyib: “2 il Bakıda bərbər kimi fəaliyyət göstərdim. 2 bacım da gözəllik salonunda işləyirdi. Sonra ailəlikcə Türkiyəyə köçdük. Burada da işimizi davam etdirirdik”.

“Əziyyət çəkir, qarşılığını da görmürdüm”

Elşənin bacısı Leyli kirpik mütəxəssisi, digər bacısı Günel həm dırnaq, həm də vizaj ustasıdır. Elşəni də bu sahəyə bacıları cəlb edib: “Düzünü desəm, bu sahəyə marağım yox idi. Heç ağlımın ucundan da keçməzdi ki, nə vaxtsa dırnaq ustası olaram. Kişi bərbəri işlədiyim vaxtlarda çox əziyyət çəkir, qarşılığını da  görmürdüm. Səhər 7-də işə gedir, axşama kimi işləyirdim, amma haqqımı ala bilmirdim. Sonra bacılarım dedi ki, “gəl sənə bu sənəti öyrədək və bizimlə işlə”. Bir müddət gündüzlər bərbərlik edir, axşamlar da bacımla öyrənirdim. Bu sahə yavaş-yavaş marağımı cəlb etdi. İşlədikdən sonra gördüm ki, müştərilərim çoxalır və əl işlərim bəyənilir. İşimə verilən qiyməti görəndən sonra bu sənəti sevməyə başladım. 5 ildən çoxdur ki, bacılarımın sayəsində Türkiyədə kifayət qədər müştərisi olan dırnaq ustasıyam”.

“Mənə səhvlərimi düzəltməyə söz verdi”

Elşən deyir ki, nə Azərbaycanda, nə də Türkiyədə kişi dırnaq ustası ilə rastlaşıb: “Hazırda Bursada kişi olaraq, tək mən bu fəaliyyətlə məşğulam. Məşhurlaşdıqca, bacarmayacağımdan qorxurdum. Amma bacım Leyli mənə dəstək olurdu. Hər dəfə deyirdi ki, “bacarmasan mən yanındayam, kömək edəcəm”. Səhvlərimi düzəltməyə söz verdi və özgüvən yaratdı”.

“Qadınlarla təmasda olduğum üçün sevgilim çox qısqanır” 

Bu işi icra etmək Elşənə asan başa gəlməyib. Nəinki sosial şəbəkə “tənqidçi”ləri, sevgilisinin də qısqanclığı ilə mübarizə aparıb. Amma onu qınamır, qısqanmaqda haqlı olduğunu düşünür: “Sevgilim Ezgi saç ustasıdır. O, başqa gözəllik mərkəzində işləyirdi. Onu da öz iş yerimizə gətirdim və dırnaq sənətini öyrətdim. İndi bir yerdə işləyirik. Bu qədər qadının içində çalışıb, təmasda olduğum üçün sevgilim çox qısqanır. Təsəvvür edin, qadınların 70-80 faizi salona mənim işimə görə gəlirlər. Bu da onu bəzi hallarda narahat edir. İş yerində belə qısqanclıqlar düzgün deyil. Bunu bildiyimiz üçün hisslərimizi idarə edirik. Amma onun qısqanmasını da normal qarşılayıram. Danışığıma, hərəkətlərimə daha çox diqqət edirəm ki, sevgilim pis olmasın”.

“Kimisə məcbur dırnaq ustası etmək olmaz”

Adətən dırnaq ustalığı çox səbir, təmkin, zəriflik, rəssamlıq qabiliyyəti tələb edir. Amma bu 4 xüsusiyyəti bir yerdə birləşdirmək asan deyil. Elşən deyir ki, onun dırnağa vurduğu naxışlar yaxşı alınır: “Dırnaq sənətinin o qədər xırda detalı var ki… Daimi işləmək üçün mütləq sevgin, motivasiyan, gəlirin olmalıdır. Kimisə məcbur dırnaq ustası etmək olmaz. İlk növbədə sənəti sevməli, səbirli, təmkinli və diqqətli olmalısan. Uşaqlıqdan şəkil çəkmək qabiliyyətim olub. Bacım bu keyfiyyətimin fərqində idi. Bəlkə də buna görə mənə sənəti öyrətdi. Çünki həm manikürü, həm də naxış vurmağı bacaran çox az usta var. Uşaqlıqdakı bacarığımı dırnaq üzərində tətbiq etdim və alındı”.

“Mənim müştərilərim bacımdan çox olur”

Elşənə bu sənəti bacısı Leyli öyrətsə də, gülərək deyir ki, onun müştəriləri Leylidən çoxdur: “Bacım işində çox uğurludur. Əminəm ki, işi onun qədər ideal görmürəm. Amma mənim müştərilərim daha çox olur. Bəlkə də səbəbi işimi daha tez bitirməyimdir. Bir dırnağa adətən saat yarım, 2 saat vaxt sərf olunur. Mən 1 saata bitirirəm. Bacardığım qədər çalışıram ki, müştərini tez göndərim. Çox vaxt günə 10, hətta gec saatlara qədər işləyəndə 15 müştərim olub”.

“Qadınlar çox kaprizli olurlar”

Xüsusilə salon işçilərindən tez-tez eşidirik ki, qadınlarla işləmək asan deyil. Bunu Elşən də təsdiqləyir: “Asan deyil, amma əyləncəlidir. Qadınlar çox kaprizli olurlar. Onlara nəyisə bəyəndirmək çətindir. Amma bir kişi olaraq qadınların içində tək qalmışam. Bu, ən çətinidir (Gülür – A.Ə.)”.

Həmsöhbətimiz qadın kaprizləri ilə bağlı rastlaşdığı maraqlı hadisəni bizimlə bölüşdü: “İşə təzə başlayanda ulduz naxışını daha rahat çəkirdim. Qadınlar mənə deyirdi ki, elə naxış çək ki, bu, ancaq məndə olsun. Mən də təbii ki, hamıya ulduz çəkirdim. Bir dəfə eyni şirkətin xanımları ayrı-ayrı vaxtlarda gəlib, hamısına da ulduz çəkmişəm. Üstəlik, hamısına deyirdim ki, bu naxış ancaq səndədir (Gülür – A.Ə). Qızlar işdə dırnaqlarındakı naxışın eyni olduğunu görüb, salona gəldilər. Çox utanmışdım. Sonda dedim ki, önəmli olan bəyənməyinizdir. Əslində, qadınlarla dil tapsanız, onlarla işləmək maraqlıdır”.

“Bu təzyiqlər öz ölkəmin vətəndaşlarından gəlirdi”

Elşəndən sosial şəbəkə “tənqidçi”ləri ilə bağlı rəyini də soruşduq. Deyir ki, əvvəl kompleks etsə də, indi mənfi rəylərdən də güc alır. Düşünür ki, antireklam da bir reklamdır: “Məsələn, “nə üçün kişi bu sənətlə məşğul olur?” kimi neqativ fikirlər yazılır. Harada “bu qadın, bu kişi peşəsidir” kimi qeyd olunur? Bu bölgünü kim aparır? Mənə əvvəllər ən çox təsir edən o idi ki, bu təzyiqlər öz ölkəmin vətəndaşlarından gəlirdi. Digərləri təqdir edir, dəstəkləyirdi. Məncə, bunlar çox boş fikirlərdir. Yəni sənətin kişisi, qadını yoxdur. Yazırlar ki, dırnaq düzəltməkdənsə, fəhlə işləyin. Yaxud deyirlər ki, “mən qadın olaraq maşın ustası işləyirəm ki, sən dırnaq ustası olasan?” Cavab verirəm ki, bəyəm, qadın maşın ustası ola bilməzmi? Tikintidə işləyib, daş qaldıracaq qədər güclü qadınlarımız da var. Bu niyə təəccüblü olmalıdır? İlk vaxtlar bu işə başlayanda şəkillərimi paylaşmağa utanırdım. İndi o rəylərdən də güc alıram. Sübut edirəm ki, bunu kişi də bacarar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Orucluqda və adi gündə edilən günahın fərqi nədir? – VİDEO

Next

Qarabağdakı dağıntılar bombardmanın nəticəsi yox, “əl işi” idi – FOTO/VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv