Dünya 

Peruda 76 nəfəri daşıyan avtobus dərəyə yuvarlandı

Perunun qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Qəza zamanı Uanuko şəhərindən Limaya gedən avtobusda 76 nəfər olub. Yaralılardan 12-si xəstəxanaya yerləşdirilib.

Sərnişin daşıyan nəqliyyat şirkətindən verilən məlumata görə, avtobus yük maşını ilə toqquşaraq uçurumdan aşıb. Lakin polis gələn zaman hadisə yerində başqa maşın tapmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Mənbə: La Republica

Daha çox xəbərlər