Bu gün erməni təxribatı nəticəsində şəhid olan Tağıyev Səbuhi – FOTO/VİDEO
Bu gün düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri də Tağıyev Səbuhi Gündüz oğludur.
ARANTV/AZ xəbər verir ki, o, Naxçıvanın Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir.
Bununla bağlı onu tanıyan şəxslər sosial şəbəkələrdə məlumatlar paylaşıblar.
Qeyd edək ki, bu gün saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

