Cəmiyyət Ramazan 

Ramazanın 24-cü gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 24-cü günüdür.

ARANTV.AZ xəbər verir ki,  Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 15-də imsak vaxtı saat 04:33-də, iftar vaxtı isə 19:33-dədir.

24-cü günün duası:

“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Daha çox xəbərlər