Bölgə Gündəm Hadisə Region Xəbərləri 

ərdədə küçə itləri insanlar üçün real təhlükədir-VİDEO

Sahibsiz itlərin insanlara hücum edərək onlara xəsarət yetirir. Görüntülər Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyindəndir.Burada sahibsiz itlər sürü ilə gəzişir və insanlara​ hücum edir. Odur ki, sahibsiz itlər sakinlər üçün təhlükə mənbəyinə çevrilib.

Sakinlər küçələrdə, həyətlərdə və digər yaşayış mərkəzlərində ciddi təhlükə olan sahibsiz itlərinin hücumundan narahat olduqlarını bildirirlər. Son vaxtlar şəhərciyin bir nəcə sakini it dişləməsi nəticəsində ciddi xəsarət alıb.

Onlar küçə itlərinə görə övladlarının məktəbə gediş-gəlişi ilə bağlı problem yaşadıqlarını qeyd edirlər. Sakinlər xüsusən məktəb yaşlı övladlarından çox narahatdır.

Məsələyə bağlı Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyi üzrə menzil kommunal İstismar Sahəsinin rəisi Surxay Hüseunov bildirib ki, həqiqətəndə köçkün şəhərciyində sahibsiz itlərlə bağlı acınacaqlı vəziyyət hökm sürür. İtlərin ərazidə çoxalması və danışması ilə bağlı bir sıra qurumalara müraciət edilib. Ancaq itlərin ərazidən daşınması üçün heç bir tədbir görülmür. Bir sözlə rəhbərlik etdiyi mənzil kommunal sahəsi bu işdə acizdir.

Telefon danışığı – Mənzil kommunal İstismar Sahəsinin rəisi Surxay Hüseunov

Qeyd edək ki, Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində ümumiyyətlə 1454 məcburi köçkün ailəsi yaşayır.

Aran TV

Daha çox xəbərlər