Azərbaycan səfiri Türkiyə XİN-in müavini və MTŞ-nin baş katibinin müavini ilə görüşdü – FOTO
Azərbaycan səfiri Rəşad Məmmədov Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini general-mayor Alper Eser ilə görüşüb.
Bu barədə səfir “Twitter”də paylaşım edib.
Görüşlər zamanı Azərbaycanla Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

