Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Hərb və sülh: Azərbaycan nə edir? – TƏHLİL

By Vüsal Rafiqoğlu
11.05.2023 3 Min Read

Azərbaycan-Ermənistan sərhədinin Basarkeçər-Kəlbəcər istiqamətində yenidən hərbi ritorika qızışıb. Ermənistanın təxribatları nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Orxan Novruzəlizadə şəhid olub.

Qlobal böhranın dərinləşməsi və beynəlxalq münasibətlər sisteminin zədələnməsi bir çox dövləti müdrik qərarlar əsasında doktrina qurmağa sövq edir.

Dövlətlər müdriklik kodeksini elə formalaşdırmalıdırlar ki, bu, münaqişə həddinin qıcıqlandırılmasına deyil, sülhə, firavanlığa yönəlsin.

Ancaq nə etmək olar ki, sülhün adı gələndə bunun özü bir çox qarışıqlıq yaratmaq istəyən qüvvələrin sinirlərini tərpədir.

Belə olduğu təqdirdə, müdrik qərarlar müdafiə potensialının gücləndirilməsi, təhlükəsizlik sferasının mükəmməlləşdirilməsi fonunda sülh gündəliyinə xüsusi ölçü verir.

Yəni belə demək mümkündürsə, sülhlə müharibə qlobal məkanda “əl-ələ” tutaraq yeriyirlər, biri bəzən digərinin ayağından çəkir.

Azərbaycan bu cür qarışıq və mürəkkəb situasiyalardan üzüağ çıxmaq üçün bir sıra addımlar atmaqdadır, həm qlobal və regional oyunçularla əməkdaşlıq sferasını dərinləşdirir, həm də onların ambisiyaları önündə immunitet qazanır.

Bu immuniteti əbədi etmək üçün dövlətin təhlükəsizlik üzrə konseptual maraqları Ermənistanın işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzur regionlarında özünü nümunəvi şəkildə göstərir.

Qələbəni qazanmaq ayrı mərhələdir, ən çətini ondan sonrakı etapdır. Bu, Qələbənin etibarlı şəkildə qorunub-mühafizə edilməsi mərhələsidir. Qələbəni əbədiyaşar etməkdən ötrü onun bütün istiqamətlər üzrə əsaslarını yaratmaq mütləq zərurətdir.

Azərbaycan dövləti də Şərqi Zəngəzurda və Qarabağda Qələbənin davamlı olmasını şərtləndirir. Eyni zamanda, sülhə xidmət edən, eləcə də müharibə ritorikasının qızışdığı zamanlardakı həlledici cavab tədbirləri üzrə bazalarını formalaşdırır.

Birinci növbədə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə hərbi təsisatları gücləndirir, ordu birləşmələrinin və təhlükəsizlik qüvvələrinin arsenalından bu region üçün potensial xərcləyir.

İkinci məqam bundan ibarətdir ki, Azərbaycan regionun xaraba qalmış mənzərəsini dirçəltməklə burada iqtisadi infrastruktur yaradır, böyük layihələr həyata keçirir.

Üçüncüsü, Ermənistanın tapdağından azad edilmiş zonalarda siyasi idarəetmə modeli yaradılır və onların fəaliyyət istiqamətləri üzrə həlledici təlimatlar verilir.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri Qələbəni mühafizə edən həmin üç komponentə ali təminatverici dəstəkdir.

İlham Əliyev may ayının ilk ongünlüyündə işğaldan azad edilmiş ərazilər üzrə genişmiqyaslı bir səfər həyata keçirdi, xeyli açılış etdi və təməlqoyma mərasimlərində iştirak etdi. Bu, həm də Azərbaycana qarşı eskalasiyanın yeni səviyyəsini müəyyən edən qüvvələrə qarşı xəbərdarlıq anlamını daşıyır.

Bu, təcrid olunmuş Ermənistanın müttəfiq axtarışları üçün baş vurduğu kanalları da bloklayır, çünki regiondakı iqtisadi layihələr, ticari yollar üzrə yeni marşrutların müəyyən edilməsi, beynəlxalq şirkətlərin böyük proyektlərdəki iştirakı Ermənistanın cazibəsini sıfıra endirir.

Azərbaycan isə əksinə, müdafiə qüdrətini gücləndirə-gücləndirə həm öz maksimalist məqsədləri üçün kritik resurs toplayır, həm də beynəlxalq güclərin diqqətini rəsmi Bakının xeyrinə regiona yönəldir.

Hər nə qədər Ermənistana qahmar çıxan qüvvələr olsa da, bu yalnız, uzağı, siyasi motivlərlə yüklənə bilər. Lakin onun da “qırmızı xət”ləri olacaq, çünki Ermənistana siyasi dəstəyin miqyası sərhədsiz deyil və bir yerdə qırılma nöqtəsinə çatacaq.

Çünki əlavə xərclər və resurslar səbri də tükədir və bir dövrdən başqa kənar oyunçular iqtisadi dividendlər axtarırlar. Azərbaycanın Avropanın enerji xəritəsinin müəyyənləşməsindəki yeri, ənənəvi təbii resurslarının ixracı ilə yanaşı, yaşıl enerjinin xaricə çıxarılması barədəki strategiyası kənar oyunçular üçün cazibədardır.

İlham Əliyevin qrafikində Qarabağ və Şərqi Zəngəzur üzrə səfərlərə üstünlük verməsi həm də beynəlxalq layihələrin icrası üçün qarantiya rolunu oynayır və gələcəkdə regional infrastrukturun inkişafına, çiçəklənməsinə hərtərəfli şərait yaradır.

Azərbaycan özünün “qırmızı xət”lərini tapdalamaq istəyənlərə qarşı tutarlı və məzmunlu gedişlər etmək üçün simvolik meyarları da qiymətləndirir.

Məsələn, Prezident İlham Əliyevin mayın 10-da Şuşadan xalqa etdiyi müraciətinin motivini həmin qiymətləndirmənin içərisində axtara bilərik.

Prezidentin sitatına diqqət yetirək:

“Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport veriblər”.

Göründüyü kimi, Prezidentin çıxışındakı narrativlər hərtərəflidir və postmünaqişə dövrünün reallıqları ilə barışmağa çağırışdır.

Əgər kim bu reallıqlarla barışmaq istəməyəcəksə, o zaman Azərbaycan onların qarşısına sarsıdıcı xətlər çəkməyə davam edəcək. Azərbaycan indi öz rolunu qaldırmaqla Ermənistanı və ona havadar qüvvələri ifşa edir, birbaşa qınaq obyektinə çevirir.

Beləcə, Azərbaycanın beynəlxalq profili və potensial çəkisi revanşist niyyətləri uçurumdan üzüaşağı yuvarlandırır.

Azərbaycan özünə qarşı olan kampaniyaları və təhdidləri dövlət strategiyasının mərkəzində təhlil etməklə təhlükəsizlik dəyərlərinin nəfinə nəhəng addımlar atır.

Bu, beynəlxalq münasibətlər sisteminin spektrində Azərbaycana xoş münasibət göstərmək üçün öhdəlikləri təsvir edəcək.

Azərbaycan-Ermənistan sərhədinin Basarkeçər-Kəlbəcər istiqamətində yenidən hərbi ritorikanın qızışması da qeyd edilən ştrixlər fonunda diqqət çəkir. Ermənistanın təxribatları nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Orxan Novruzəlizadənin şəhid olması rəsmi Bakını daha sərt tədbirlər görməyə vadar edə bilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Patriarx Kirill İlham Əliyevi təbrik edib

Next

Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsindən Qarabağın erməni sakinləri maneəsiz keçirlər – VİDEO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv