Hadisə 

Bakıda evdən külli miqdarda qızıl oğurlandı

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən xəbərə görə, Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Daha çox xəbərlər