İdman 

Məşhur məşqçi həbsdə olan futbolçunu milliyə çağırdı

Cənubi Koreya millisinin baş məşqçisi Yurgen Klinsman Çində danışılmış oyunlara görə saxlanılan futbolçuya dəvət göndərib.

Almaniyalı mütəxəssis hazırda həbsdə olan Son Cun Honu yığmaya çağırıb. Onun adı Peru və El Salvador yığmalarına qarşı oyunlar üçün 23 nəfərlik heyətə daxil edilib.

Qərarı ilə bağlı açıqlama verən Klinsman bildirib ki, bu, 31 yaşlı yarımmüdafiəçiyə dəstək nümayişidir.

Son Cun Ho “Şandun Tayşan” klubunda çıxış edir. O, ötən ay baş məşqçisi Hao Veyin şikayəti əsasında həbs olunub.

Qeyd edək ki, Cənubi Koreya millisi Peru ilə iyunun 16-da, El Salvadorla 4 gün sonra yoldaşlıq oyunları keçirəcək.

Mənbə: reuters.com

Daha çox xəbərlər