Azərbaycanda DƏHŞƏTLİ QƏZA – 4 ölü, 2 yaralı

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində – Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus qarşıda gedən “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır publika.az