Sosial 

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,8% və ya 0,58 dollar artaraq 77,15 ABŞ dolları ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Daha çox xəbərlər