Cəmiyyət 

Ödənişli ixtisaslara qəbul olunmuş neçə nəfərin təhsil xərclərini dövlət ödəyir? – FOTO

Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan övladlarının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Elm və Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hazırda ödənişli ixtisaslara qəbul olunmuş ümumilikdə 2 465 nəfərin təhsil xərclərini dövlət qarşılayır.

Ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alan 1 863 tələbənin təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Orta ixtisas təhsili müəssisələrində ödənişli oxuyan 577, peşə təhsili müəssisələrində isə 25 tələbənin təhsil xərcləri dövlət hesabına təmin olunur.

 

Daha çox xəbərlər