Bərdədə traktor yanıb
Bərdə rayonunun İmamqulubəyli kəndində bələdiyyəyə aid ərazidə 70 p.m çəpər və “Беларусь” markalı traktorun yanar hissələri yanıb.
ARANTV.AZ Fövqəladə Hallar Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

