Sevinc bacısının sözlərinə mahnı yazdı, özü də oxudu – Audio
Müğənni Sevinc Musayeva yeni mahnısını təqdim edib. ARANTV.AZ xəbər verir ki, ifaçının müəllimlərə həsr etdiyi mahnı “Mənim əziz müəllimim” adlanır. Sözügedən mahnının sözləri bacısı Aygün Musayevaya, musiqisi isə müğənninin özünə məxsusdur. Mahnının aranjimanı Əvəz Muradova aiddir. Gitarada İntizar Məmmədzadə ifa edib.

