Gəncədə ata və qızını avtomobil vurub, ölən var
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, şəhər sakini Füzuli Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə piyada, 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub.
Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib.
M.Ələsgərova xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

