50 yaşlı kişi özünü Depoda asdı
Gəncədə intihar hadisəsi baş verib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Depo” adlanan ərazisində olan yarımçıq tikilidə qeydə alınıb. Göygöl rayon Çaykənd kəndində qeydiyyatda olan 1969-cu il təvəllüdlü Qurbanov Tofiq Calal oğlu özünü həmin tikilidə asıb.
Onun hansı səbəbdən canına qıydığı hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

