Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qərbi Azərbaycan Xronikası: “Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi” – VİDEO

By Vüsal Rafiqoğlu
05.09.2023 3 Min Read

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun bu dəfəki müsahibi Əməkdar incəsənət xadimi, şair-dramaturq, görkəmli ictimai-siyasi xadim Hidayət Orucov olub.

O, doğulub boya-başa çatdığı Zəngəzur mahalının Muğru bölgəsinin Maralzəmi kəndindən, uşaqlıq, yeniyetməlik, gənclik illərindən söhbət açıb. Bildirib ki, Maralzəmidə keçirdiyi günlər, yaşadıqları, duyduqları ən əziz xatirə kimi bu gün də yaddaşındadır. O, babası Sultan Yüzbaşının Zəngəzurun sayılıb-seçilən ağsaqqallarından, hörmətli şəxsiyyətlərindən olduğunu, 1918-ci ildə ailəsi ilə birlikdə deportasiya edildiyini, sovet hakimiyyəti qurulduğu illərdə təkrar Maralzəmiyə qayıtmaq üçün hazırlıq gördüyünü, Bahar çayına düşərək həlak olduğunu söyləyib. Bildirib ki, nənəsi Zinyət xanım, anası Süsənbər xanım o dövrlərdə ailənin yaşadığı çətinlikləri, şahidi olduqları erməni vəhşiliklərini uşaqlarına, nəvələrinə nəql ediblər.

“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi”, – söyləyən H.Orucov bildirib ki, hər il başa çatanda anası Süsənbər xanım əlini göyə açıb şükür edirmiş ki, bu il öz dədə-baba yurdlarından didərgin düşməyiblər, zorla köçürülməyiblər. H.Orucov 1948-53-cü ilin deportasiyasında ailəsinin zorla köçürülməsini, çoxsaylı məşəqqətlərə qatlaşdığını dilə gətirib.

Qərbi Azərbaycanda təhsil aldığı müddətdə, “Sovet Ermənistanı” qəzetində, İrəvan Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başladığı dövrlərdə ermənilərin azərbaycanlılara qarşı münasibətindən söhbət açan H.Orucov deyib ki, hər addımda ayrı-seçkiliyi, azərbaycanlılara yanaşmada dözümsüzlüyü hiss ediblər.

H.Orucov İrəvanda Azərbaycan teatrının yaranmasından, bunun tarixi əhəmiyyətindən, onun fəaliyyətindən, sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin teatr kollektivinə dəstəyindən də danışıb:

“İrəvanda Azərbaycan teatrının yaranması böyük tarixi hadisədir. Bu mədəniyyət ocağının tarixi həm də onun göstəricisidir ki, Azərbaycan türkləri bu yerlərin əsl sakinləridirlər, mədəni, ictimai-siyasi sferada böyük tarix yazıblar, yaradıblar. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinə ulu öndər Heydər Əliyevin daim dəstəyi var idi. Biz həmişə bu dəstəyi üzərimizdə hiss edirdik. Ümumiyyətlə, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə gəlməsindən sonra Ermənistanda azərbaycanlılara qarşı təhdid və təzyiqlər nisbətən azalmışdı. Amma ayrı-seçkilik yenə də özünü göstərirdi. Misal üçün, azərbaycanlı kadrları Ermənistanda işlə təmin etmirdilər. Onlar da məcbur qalıb Azərbaycana gedir, orada işləyirdilər. Azərbaycanlılara məxsus yer adlarını, toponimləri dəyişir, erməni adları qoyurdular. Bunun özü də bir təzyiq, tarixi saxtalaşdırmaq cəhdi idi. İndiki Ermənistan ərazisində dövlət səviyyəsində çoxsaylı toponim cinayətləri törədilib. Bunun kimi çoxsaylı faktlar sadalamaq olar”.

H.Orucov 1988-ci ildə erməni millətçilərinin azərbaycanlılara qarşı deportasiya siyasətinə ilk etiraz edən ziyalı kimi Ermənistan SSR-nin “Əməkdar mədəniyyət xadimi” fəxri adından imtina etməsindən də danışıb. Bildirib ki, xalqına qarşı olan qeyri-insani münasibət fonunda belə bir fəxri adı daşıya bilməz, vicdanı rahatlıq tapa bilməzdi. Qərbi Azərbaycan İcmasının fəaliyyətinə, Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə toxunan H.Orucov vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımıza dair çıxışları, səsləndirdiyi fikirləri, qəbul etdiyi qərarları ilə xalqımızın tarixi yaddaşını yeniləyir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Amerika və Avropanın aparıcı ravvinləri Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar – FOTO

Next

Bakıda 25 yaşlı oğlan intihar edib

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv