Hadisə 

Abşeronda 15 yaşlı gənci avtomobil vurub

Abşeronda rayonunun Məmmədli qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Anar Azad oğlu Məmmədovu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər